Dünya Manşet

Prezident Administrasiyasına yeni rəhbər təyin olundu

Ukrayna Prezidenti Vladimir Zelenski Prezident Administrasiyasının rəhbəri vəzifəsinə oliqarx İqor Kolomoyskinin şəxsi vəkili Andrey Boqdanı təyin edib.
Zirveyolu.info axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Zelenskinin mətbuat xidməti yayıb. Zelenski həmçinin özünün “Kvartal 95” studiyasının ssenaristi Yuri Kostyuku Boqdana müavin, bu studiyanın həmtəsisçisi Sergey Şefiri isə özünə birinci müavin gətirib.

Qeyd edək ki, Ukrayna mətbuatı Boqdanın bu vəzifədə işləməyə başladıqdan sonra vəkillik kariyerasını bitirəcəyi haqda məlumat yayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir