Rusiyada senaqallı gəncin üzərindən ata və anasına aid bağırsaqlar çıxıb. Şübhəli gənc ifadəsində pis ruhlardan qorunmaq üçün bunu etdiyini söyləyib.
Moderator.az xəbər verir ki, rus polisi şübhəli hərəkətlər edən gəncin üzərində axtarış aparan zaman bədəninə bağlanan qurumuş bağırsaqlar tapıb. Araşdırma nəticəsində bağırsaqların gəncin ölən ata və anasına aid olduğu məlum olub.
Polisin nəzarətə götürdüyü gənc bağırsaqların valideynlərinə aid olduğunu və ailəsinin parçalarının onu pis ruhlardan uzaq tutduğunu bildirib.