Təhsil

Məktəblərdə yeni vəzifə təsis oluna bilər – DİN təklif etdi

Rusiya Daxili İşlər Nazirliyi (DİN) orta məktəblərdə təhlükəsizlik üzrə direktor müavini vəzifəsinin təsis olunmasını təklif edir.

Təklifi Rusiya DİN Ekstremizmlə Mübarizə Baş İdarəsi rəisinin müavini İqor Morozov irəli sürüb.

O bildirib ki, son vaxtlar məktəblilər arasında zorakılıq təbliğ edən “school shooting” adlı hərəkat yayılıb. Bu səbəbdən müşahidə kameralarının, metal axtaran qurğuların quraşdırılması, mühafizəçilərin cəlb edilməsi tədbirləri kifayət deyil.

İ.Morozov vəziyyətdən çıxış yolu kimi, məktəblərdə təhlükəsizlik üzrə direktor müavini vəzifəsinin təsis olunmasını təklif edib. Onun sözlərinə görə, bu təklif artıq Rusiyanın bir neçə regionuna göndərilib.(AzərTAc)

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir