Dünya

Portuqaliyada aclığa qarşı mübarizə kampaniyası çərçivəsində 1605 ton ərzaq toplanılıb

“Food Bank Against Hunger” aclığa qarşı mübarizə bankı ötən həftənin istirahət günləri ərzində Portuqaliyada 2000-dən artıq alış-veriş mərkəzində təşkil olunmuş aclığa qarşı mübarizə kampaniyası çərçivəsində 1605 ton ərzaq toplayıb.

AZƏRTAC xəbər verir ki, bunu “Food Bank Against Hunger”in prezidenti İzabel Jonet bildirib.

Onun sözlərinə görə, iqtisadi vəziyyətin yaxşılaşmasına baxmayaraq, Portuqaliyanın bir çox vətəndaşları hələ də ərzaq təminatında böyük çətinliklər və ciddi məhdudiyyətlərlə üzləşirlər. Ona görə bunu qeyd etmək xoşdur ki, portuqaliyalılar həmişə öz yaxınlarına kömək etməyə çalısırlar.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir