Amerikalı turist Fransisko Tajeda Yunanıstanın Mikonas adasında yediyi yemək üçün gəldiyi hesabı görüncə şok olub.
Əsgər olduğu deyilən Tajeda bir qrup dostu ilə yediyi günorta yeməyi üçün tam olaarq 836 avro (təxminən 3 min AZN) ödəyib.
Fransisko menyuda yeməklərin qiymətinin yazılmadığını və bunun da restoranın hiyləsi olduğunu “The Daily Mail” qəzetinə açıqlamasında deyib. O, hesabı zorla ödədiyini, yediyi yeməklərin isə həddən artıq baha gəldiyini bildirib.
Əsgərin şikayətinə restoran rəhbərliyi “pulunuz yoxdursa, ucuz şeylər yeyin”-deyərək cavab verib.