Dünya

Tramp: “İranda hakimiyyəti dəyişmək istəmirik, bizim istəyimiz…”

ABŞ çalışır ki, İran nüvə dövləti olmasın və ölkədə hakimiyyəti dəyişmək niyyətində deyil.

Zirveyolu.info Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Yaponiyaya səfəri zamanı mətbuat konfransında deyib.

D.Tramp vurğulayıb ki, o, İrana zərər vurmaq istəmir:

“Mən İranda nüvə silahı olmasını istəmirəm. İran böyük iqtisadi potensiala malikdir və mən onun dünya arenasına qayıdacağı anı gözləyirəm. İranın eyni hakimiyyətlə gözəl ölkə olmaq imkanı var. Biz orada hakimiyyəti dəyişmək niyyətində deyilik”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir