Manşet

“The Sun” Tofiq Bəhramovdan yazdı

Böyük Britaniyanın “The Sun” nəşrində Azərbaycanın futbol hakimi Tofiq Bəhramov haqqında məqalə yayımlanıb.

Məqalənin girişində “Arsenal” və “Çelsi” fanatlarına müraciətlə qeyd olunur ki, Bakıya gələrkən taksiyə minib şəhəri gəzməyə dəyər.

“Beləcə, ingilis futbol tarixinin ən təsiredici fiqurlarından olan T.Bəhramova hörmətlərini göstərə bilərlər”, – məqalədə deyilir.

T.Bəhramov 1966-cı il dünya çempionatında İngiltərə və AFR (Qərbi Almaniya) milliləri arasında keçirilmiş final matçının hakimi olması ilə ingilislərin qəlbində xüsusi yer tutur. Belə ki, hesab 2:2 olanda əlavə vaxtda isveçrəli baş hakim Qottfrid Dinst onunla məsləhətləşdikdən sonra mərkəzi göstərib.

Son 50 ildə topun qapı xəttini keçib-keçməməsi müzakirə mözvusu olsa da, həmin vaxt Bəhramov qətiyyətli formada qol olduğunu bildirib.

Onun 1972-ci ildə ilk UEFA Kubokunun final matçını idarə etdiyi də vurğulanıb.

Nəşrin yaydığı məqalədə T.Bəhramovun həm futbolçu, həm də məşqçi və idarəçi olduğu, bütün həyatını futbola həsr etdiyi qeyd olunub.

“Azərbaycanın paytaxtında yerli sakinlər sabiq referi Tofiq Bəhramovu bürünc heykəl formasında əbədiləşdiriblər. Tofiq Bəhramov bütün ingilislərin qəlbində xüsusi yer tutur”, – nəşr yazır.

Məqalədə onun oğlu Bəhramın da fikirlərinə yer verilib:

“Atam həmişə deyirdi ki, finalda doğru qərar verib. Mübahisəli epizod olsa da, o, başını dik tutaraq qol olduğunu bildirib. Tofiq Bəhramov kimi insanlar 100 ildə bir dəfə doğulur”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir