Cəmiyyət

Xaricdən gətirilən dondurmalar təhlükəlidir

“Xaricdən gətirilən dondurmaları alanda əhali diqqətli olmalıdır”.

Zirveyolu.info xəbər verir ki, news24.az-a bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. Onun sözlərinə görə, uzun yol ilə gətirildiyinə görə, bu dondurmalar arzuolunmaz mal hesab edilir: “Çünki məsafə qət etmək, uzun müddət saxlanılması üçün onların tərkibinə xüsusi kimyəvi maddələr vurulurur.

Ümumiyyətlə, dondurmalarla bağlı Azad İstehlakçılar Birliyinə tez-tez müraciətlər olur. Dondurma süd məhsuludur, yağlılığını qaldırmaq üçün ona yalnız kərə yağı vurulmalıdır. Dondurmanı ağıza qoyanda təzə qaymaq dadı verməlidir. Bizə gələn şikayətlərdə bildirilir ki, dondurma boğazda acı dadı verir. Bunun da səbəbi dondurmaların vaxtı keçmiş marqarin və ya bitki yağlarından hazırlanmış olmasıdır”.

E.Hüseynov onu da əlavə etdi ki, dondurmaları alanda onun bükülməsinə də diqqət verilməlidir: “Əgər dondurmanın kağızı əzilmiş, əyilmişdirsə, demək, nə vaxtsa əriyib, sonra yenə dondurulub. Artıq belə qidalar kirlənmiş məhsullar sayılır”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir