Azərbaycanda aprel-may aylarında 20 nəfəri ilan sancıb.
Bu barədə Modern.az-a Bakı Şəhər Kliniki Tibbi MərkəzinToksikologiya şöbəsinin baş həkimi, baş toksikoloq Azər Maqsudov məlumat verib.
A.Maqsudov deyib ki, apreldə 6 nəfər, mayda 14 nəfər ilansancma ilə müraciət edib:
“Mayda müraciət edənlərdən 2-si uşaqlar, qalanı böyüklər olub. Müraciət edənlərdən 4 nəfərinin vəziyyəti ağır olub. Amma xoşbəxtlikdən ölüm qeydə alınmayıb. İlan sancanlar əsasən Bakı, Bakıətrafı kəndlər və bölgələrdəndir, hamısı bizim şöbəyə gətirilib”.
Şöbə müdirinin sözlərinə görə, apreldə 3 nəfər əqrəb sancaması ilə müraciət edib, onlara məsləhət verilib. Mayda isə 2 əqrəb, 1 qara qurd sancması qeydə alınıb.
Zərdab çatışmazlığının aradan qaldırıldığını bildirən, A.Maqsudov deyib ki, ilin əvvəlindən İnnovasiya və Təchizat Mərkəzinin təşkili tərəfindən artıqlaması ilə zərdab əldə olunub:
“Zərdab həm mərkəzi rayon xəstəxanalarına, həm də təcili tibbi yardım briqadalarına paylanıb”.