Bakıda mağazadan 2 min manatlıq üzük oğurlanıb.
Bu haqda Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.
Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aprelin 17-də rayon ərazisindəki mağazaların birindən 2000 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Həsənova saxlanılıb.