“Gununsesi” xəbər portalının rəhbəri Pərviz Həşimli Baş prokuror Zakir Qaralova müraciət edib.
Anews.az-ın verdiyi xəbərə görə, P.Həşimli müraciətində qeyd edib ki, ötən ilin iyul ayında baş verən “Gəncə olayları” zamanı saytda gedən yazılara görə portala giriş ölkə daxilində bloklanıb və özünün ölkədən çıxışına qadağa qoyulub.Sayt rəhbəri əlavə edib ki, daha çox rəsmi qurumların açıqlamalarını yaysa da, bu yazılarla bağlı başlanmış cinayət işi üzrə şahid qismində dindirilib.
P.Həşimli Baş Prokuror Zakir Qaralovdan xahiş edib ki, saytına qoyulan blokun aradan qaldırılması, ölkədən çıxışına qoyulan “STOP”un götürülməsi barədə tapşırıqlar versin.