Azərbaycan çempionu “Qarabağ”ın yay təlim-məşq toplanışında yoxlama görüşü keçirəcəyi komandalar məlum olub.
İyunun 7-si Bakıda toplaşacaq komandamız ayın 18-i Avstriyaya yola düşəcək.
“Qarabağ” Avstriyada dörd yoxlama oyunu keçirəcək. İlk olaraq, iyunun 22-si Bolqarıstanın “Ludoqorets” komandası ilə, daha sonra sıra ilə iyunun 25-i Rumıniyanın “Krayova”, iyunun 28-i Rusiyanın “Ufa” və iyulun 2-si Çexiyanın “Viktoriya” klubları ilə qarşılaşacaq.
Qeyd edək ki, “Qarabağ” bu il də Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək.