Cəmiyyət

May ayında ANAMA tərəfindən 291 ədəd partlamamış hərbi sursat aşkarlanıb

May ayında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağdam, Ağstafa, Cəbrayıl, Füzuli, Goranboy, Xocavənd, Qazax, Tərtər, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Lənkəran şəhərlərində 551 min 987 kvadratmetr ərazi yoxlanılıb. Ötən ay 291 ədəd partlamamış hərbi sursat, piyada əleyhinə bir və tank əleyhinə altı mina aşkarlanaraq zərərsizləşdirilib.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, əməliyyatlara 472 nəfərlik əməliyyat heyəti, 128 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 38 minaaxtaran it cəlb edilib.

İndiyədək cəmi 534 milyon 451 min 206 kvadratmetr ərazi təmizlənib, 803 min 597 mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.

Mayda FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən üç, Daxili İşlər Nazirliyinin 102 – Zəng Mərkəzi Xidmətindən on, Dövlət Sərhəd Xidmətindən iki, rayon polis şöbələrindən iki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bir müraciət daxil olub. Müraciətlər əsasında 15 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Ağdam, Ağstafa, Goranboy, Xocavənd, Qazax, Tərtər, Yevlax rayonlarında, Bakı, Gəncə, Sumqayıt, Şirvan, Yevlax və Lənkəran şəhərlərində 3980 kvadratmetr ərazi yoxlanılıb. Həmçinin 110 ədəd partlamamış hərbi sursat, piyada əleyhinə bir, tank əleyhinə altı mina və müxtəlif çaplı 6491 patron aşkarlanıb. Həmin sursat yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə agentliyin mərkəzi məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Mayda mina və partlamamış hərbi sursat hadisəsi qeydə alınmayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir