Cəmiyyət

Qızıl Aypara Cəmiyyəti yardım adı ilə neftçiləri soyur?

SOCAR-da neftçilər onların maaşlarından Qızıl Aypara Cəmiyyəti adı ilə məcburi şəkildə pul tutulmasından şikayət edir, – bu barədə məlumatı anews.az-a Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Mirvari Qəhrəmanlı bildirib ki, artıq bir neçə müddətdir ona bu məsələ ilə bağlı məlumatlar daxil olur.

“Neftçilər şikayətlənirlər ki, maaşlarından Qızıl Aypara Cəmiyyəti üçün məcburi  formada pul tutulur. Onlar deyirlər ki, ötən il bu məbləğ 2 manat idisə, artıq bu ildən etibarən 6 manatdır. Mənə şikayətlənirlər ki, bu pul hara gedir, niyə bizdən yığırlar, bilmirik”, – deyə Mirvari Qəhrəmanlı işçilərin şikayətini bildirib.


Məsələ ilə bağlı Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə ilə danışdıq.

Vitse prezident deyir ki, məcburi şəkildə pulun tutulmasından söhbət gedə bilıməz.

“Bilirsiniz, burada məcburiyyət yoxdur. Neftçilərdən kimlərsə cəmiyyətin üzvüdürsə, bəli, onlardan nizamnamə çərçivəsində pul toplanır. Keçən ilin fevralınakimi  bu məbləğ 2 manat idi, cəmiyyətin ali şurasının qərarı ilə, fevraldan sonra həmşəki kimi ildə bir dəfə olmaqla, 6 manat oldu. Bu da heç bir aya 30-40 qəpik etmir” – deyə Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə bildirib.

Qeyd edək ki, illik 6 manatı 12 aya böldükdə, bir nəfər üçün hər aya 0.50 azn düşür. Nəzərə alsaq ki, SOCAR-da 50 mindən çox işçi işləyir, bu bir ilə təxminən 300 000 min manat gəlir deməkdir.

Neftçilərin Hüquqlarının müdafiəsi təşkilatının hüquqşünası , vəkil Azər Quliyev isə deyir ki, işçilərin hətta Qızıl Aypara Cəmiyyətinə üzv olması da o demək deyil ki, onların maaşlarından üzvlük haqqı tutula bilər.

Onun sözlərinə görə, işçilərdən ancaq üç istiqamətdə məcburi qaydada pul tutula bilər. Bunlar gəlir vergisi, sosial müdafiə üçün, bir də, işsizlikdən sığortadır.

“Həmkarlar İttifaqı, Qızıl Aypara Cəmiyyəti və bu formada olan birliklərə qoşulmaq o demək deyil ki, sən üzvlük haqqı da verməlisən. Üzvlük haqqı o zaman tutula bilər ki, sən özün ərizə ilə müraciət edib xahiş edəsən ki, birliyə dəstək məqsədi ilə mən hər ay bu qədər yardım etmək istəyirəm. Bu olmadıqda, işçilərdən hansısa ad altında pul tutulması qanunvericiliyə ziddir”,  – deyə vəkil Azər Quliyev bildirdı.
O, həmçinin söylədi ki, qanunvericilikdə 3 halda məcburi formada pul çıxma var, bunlar  gəlir vergisi, sosial müdafiə, bir də, işsizlikdən sığortadır. Qalan bütün hallarda işçidən məcburi pul tutulmaları qanunsuzdur  və işçilərin  məhkəmə qaydasında öz hüquqlarını bərpa etmək hüququ var.

Həzi

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir