Azərbaycanda yeni məhkəmə yaradılır.
APA-nın əldə etdiyi məlumata görə, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanuna yeni – 46-cı maddənin əlavə edilməsi təklif olunur.
Yeni maddəyə görə, kommersiya məhkəməsi və onun səlahiyyətləri aşağıdakı kimidir:
– Kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır;
– Kommersiya məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir;
– Azərbaycan Respublikasının qanunları ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.