Sosial

Bayram günü hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 iyunda gözlənilən hava şəraitini açıqlayıb.
Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava günəşli olacaq. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, gündüz 32-36, Bakıda gecə 22-24, gündüz 34-36 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 45-55 faiz olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
İyunun 5-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 34-39, dağlarda gecə 15-20, gündüz 24-29 dərəcə isti təşkil edəcək.
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir