15 iyun – Milli Qurtuluş Günü münasibətilə Kiyevdə milli mətbəx nümunələrimiz nümayiş etdiriləcək.
AZƏRTAC xəbər verir ki, iyunun15-16-da Kiyevdə “Water Summer Activity 2019” festivalı çərçivəsində Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə iştirakçılara milli mətbəx nümunələrimizdən olan plov, dolma, qutab təqdim ediləcək. Aşpazlar tərəfindən bu yeməklərin hazırlanmasına dair master-klass keçiriləcək.
Məqsəd Azərbaycanın milli mətbəxini, mədəniyyətini beynəlxalq səviyyədə təqdim etməkdir.