Siyasət

Polis iki azyaşlını güllələdi – Qandonduran olay

İranın Komican rayonunda polisin bir avtomobili atəşə tutması nəticəsində iki azyaşlı uşaq ölüb.

Zirveyolu.info  teleqraf.com-a istinadən xəbər verir ki, Fərahan rayonunda elektrik naqillərinin oğurlanması ilə bağlı onlara məlumat daxil olub, bundan sonra oğruların idarə etdikləri avtomobil müəyyən edilib.

Bir müddət təqibdən və xəbərdarıq atəşindən sonra oğruların olduğu iddia edilən avtomobil dayanmayıb. Bunda sonra polis avomobili atəşə tutub və nəticədə avtomobildə olan sürücünün 2 azyaşlı övladı aldıqları güllə yaralarından ölüb.

Qeyd edək ki, belə hallara İranda tez-tez rast gəlinir. Bir neçə gün öncə də Sistan və Bəlucistan əyalətində sürücülük vəsiqəsi olmadığına görə qaçan gənci polis atəş açaraq öldürmüşdü.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir