Bu gün Qazaxıstan vətəndaşları ölkənin yeni prezidentini seçir.
Modern.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, prezident postu uğrunda yeddi namizəd mübarizə aparacaq.
Nursultan Nazarbayevin rəhbərlik etdiyi “Nur Otan” partiyasından namizəd hazırkı prezident Kasım-Jomart Tokayevdir.
“Ak Jol” demokratik partiyasından isə p prezidentliyə namizəd parlamentin deputatı Daniya Espaevadır. O, Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizəd kimi qeydə alınmış ölkədə ilk qadındır.
Namizədlər arasında bir nəfər də jurnalist var. Bu, “Ult Taqdırı” milli-vətənpərvərlik hərəkatından Amirjan Kosanovdu.
Qeyd edək ki, Qazaxıstan Konstitusiyasına əsasən, ölkə prezidenti 5 il müddətinə gizli səsvermə yolu ilə seçilir.