Sosial

Jurnalistlər üçün müsabiqə elan olundu

Müsabiqə elanı

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi Azərbaycan Mətbuat Şurası ilə birgə 22 iyul Milli Mətbuat Gününə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsini elan edir

 

  • Müsabiqənin məqsədi

 

Azərbaycan Respublikasında paralimpiya hərəkatı, paralimpiya dəyərlərinin təbliği, əlilliyi olan şəxslərin idman vasitəsi ilə cəmiyyətə inteqrasiya olunması, bu sahənin inkişafı istiqamətində dövlət qurumlarının, o cümlədən özəl şirkətlərin fəaliyyətinin stimullaşdırılması, yuxarıda qeyd olunan sahələrdə əldə olunan mühüm irəliləyişlər barədə ictimai məlumatlandırmanın təmin olunmasında peşəkar jurnalist əməyinin stimullaşdırılması.

  • Müsabiqənin mövzuları
  • Əlilliyi olan şəxslərin idman vasitəsilə cəmiyyətə inteqrasiyası;
  • Əlil idmanına dəstək və Korporativ Sosial Məsuliyyət.

 

 

  • Müsabiqədə iştirak

 

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və hüquqi şəxs kimi fəaliyyət göstərən internet informasiya saytlarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

  • Müsabiqəyə təqdim olunan yazılar üçün tələblər
  • Dərc olunmuş yazının sərlövhəsi təklif olunmuş mövzu ilə eyni olmalıdır;
  • Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər;
  • İnformasiya agentliklərində, sayt və portallarda çalışan jurnalistlər yazılarını həmin saytlarda yerləşdirməli və linki məqalənin yazıldığı diskdə təqdim etməlidirlər;
  • Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc edilməli, eyni zamanda saytlarda yerləşdirilməlidir;

 

 

  • Aşağıdakı redaksiyaların yazıları

 

müsabiqəyə qəbul edilmir:

  • Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;
  • Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşən saytlar;
  • Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”dan çıxarılan saytlar (1 il müddətində);
  • Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış saytlar (6 ay müddətində).
  • Dərc olunmuş yazıda “Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Azərbaycan Mətbuat Şurası ilə birgə keçirdiyi müsabiqəyə təqdim edilir” qeydi göstərilməlidir;
  • Yazıların həcmi 9-11 min işarədən çox olmamalıdır.
  • Yazıların qəbul qaydaları:
  • Yazının elektron variantı (Times New Roman (12) şriftində – CD diskdə) 1 nüsxə;
  • Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) 3 nüsxə;
  • A4 formatında olan zərfdə;

 

  • Tələb olunan sənədlər
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya sistemindən çıxarılmış əmək müqaviləsi bildirişi;
  • İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə);
  • Şəxsiyyət vəsiqəsinin surəti;

 

Qeyd: İştirakçı haqqında məlumat cədvəli elana əlavə olunur.

  • Yazıların qəbulu qaydaları
  • Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.
  • Təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.
  • Yazıların qəbulu 10 iyun 2019-cu il tarixində başlayır, 10 iyul 2019-cu il tarixində başa çatır.
  • Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinə təqdim olunmalıdır.

Ünvan: Baki ş. Nəsimi rayonu, Ceyhun Hacıbəyli 110

9. Qiymətləndirmə meyarları:

  • mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
  • materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
  • yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
  • jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
  • ictimai maraqların müdafiəsi.
  • 10 Mükafatlandırma
  • I yer – 1 nəfər – 1000 manat;
  • II yer – 1 nəfər – 500 manat;
  • III yer – 2 nəfər – hər biri 300 manat;

Qaliblər həmçinin Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin xüsusi diplomu ilə təltif olunacaqlar.

 

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 110.

Əlaqə telefonu: (+994) 12 441-28-81

Elektron ünvan: [email protected][email protected]

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir