“Azərbaycan millisinin Macarıstanla oyununu birlikdə televiziya ilə izlədik. Bu matç bizə qalib gəlməyin yolunu göstərdi”.
APA-nın məlumatına görə, bunu Slovakiya millisinin futbolçusu Martin Dubravka deyib.
İngiltərənin “Nyukasl” klubunda çıxış edən qapıçı AVRO-2020-nin sabah keçiriləcək Azərbaycanla görüşü ərəfəsində matç haqda fikirlərini açıqlayıb: “Bu oyun üçün bir neçə variantlarımız var. Biz məşq zamanı bunların üzərində çalışmışıq. Hesab edirəm ki, onlardan bir neçəsi işimizə yarayacaq. Bizi Bakıda asan oyun gözləmir. Hər qarşılaşma xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan yığması Macarıstana məğlubiyyətdən sonra bizə qalib gəlmək istəyəcək. İsti havada oynanılacaq matça qədər uyğunlaşma prosesi keçməliyik. Bunun üçün iki gün vaxtımız var ki, bu da kifayət qədərdir”.
Qapıçı xal itkisini ağır nəticələnə biləcəyini qeyd edib: “Azərbaycanla görüşdə xal itkisi bizi Xorvatiya, Macarıstan və Uelslə mübarizədə çətin duruma sala bilər. Əlbəttə ki, hamımız evə sevinclə qayıdacağımız ümidliyik. Bunun üçün də hər şey edəcəyik”.
Qeyd edək ki, iyunun 11-də keçiriləcək Azərbaycan – Slovakiya matçı “Bakcell Arena”da baş tutacaq.