İqtisadiyyat

Vergilər nazirinin müavinləri İmişli və Ağsuda vətəndaşları qəbul edəcəklər

Vergilər nazirinin müavinləri İmişli, Ağcabədi, Beyləqan, Xocavənd, Fizuli, Laçın, Ağsu, Şamaxı və Qobustan rayonları sakinlərini qəbul edəcəklər.

Bu barədə “Report”a Vergilər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, nazirin müavini Sahib Ələkbərov iyunun 14-də İmişli rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Ünvan: İmişli şəhəri, 20 yanvar küç.) İmişli, Ağcabədi, Beyləqan, Xocavənd, Fizuli və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vergilər nazirinin müavini Mətin Eynullayev isə həmin gün Ağsu rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Ünvan: Ağsu şəhəri, M.Ə.Rəsulzadə küç.) Ağsu, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 11-13 iyun 2019-cu il tarixlərində Beyləqan rayonunda 8 saylı Ərazi Vergilər İdarəsinə, Şamaxı rayonunda 4 saylı Ərazi Vergilər İdarəsinə, habelə İmişli, Ağcabədi, Ağsu və Qobustan rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir