Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyanın S-400 zenit-raket komplekslərinin tədarükünün iyulda baş tutacağını bəyan edib.
Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
“Mən demirəm ki, Türkiyə S-400 kompleksləri alır. Mən deyirəm ki, Türkiyə artıq onları alıb və bu iş yekunlaşıb. Onların tədarükü gələn ay gerçəkləşəcək”, – deyə türkiyəli dövlət başçısı bildirib.
O əlavə edib ki, Ankara ölkənin müdafiəsi üçün kimlərdənsə icazə almaq niyyətində deyil.
“Biz ABŞ-dan bizə öz sistemlərini satmağı istədik, onlar isə bizə rədd cavabı verdilər”, – deyə Ərdoğan vurğulayıb.
Mənbə: oxu.az