Dünən axşam saatlarında “Bakı Metropoliteni”nin “Elmlər Akademiyası” stansiyasında intihara cəhd hadisəsi qeydə alınıb.
Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, dünən 17:35 radələrində Biləsuvar rayon sakini, 2001-ci il təvəllüdlü Nazlı Yaşılxan qızı Mirzəyeva intihar məqsədilə özünü qatarın altına atmaq istəyib.
Stansiyada xidmət aparan polis əməkdaşları tərəfindən intihara cəhdinin qarşısını alınıb.
Aparılan araşdırmalar zamanı N.Mirzəyevanın sevdiyi oğlanla mübahisə etdikdən sonra bu addımı atmaq istədiyi müəyyənləşib.