Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu oğlu Rüfət Səfərovdan imtina edib.
Oxu.Az xəbər verir ki, E.Sabiroğlu oğluna məktub yazaraq, ondan imtina etdiyini açıqlayıb.
O, Rüfətə məzarı üstünə gəlməməsini vəsiyyət edib.
Xatırladaq ki, R.Səfərov Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqidir. O, rüşvət almaqda təqsirləndirilərək həbs edilmiş, Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxmışdı.