Silahlılar Suriyada ötən sutka ərzində Latakiya əyalətinin yaşayış məntəqələrini atəşə tutublar.
Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleklsey Bakin bildirib.
A.Bakin bildirib: “Sutka ərzində silahlılar Latakiya əyalətinin Asdaş-Dağ, Safsafa, Mamuhiyyə, Həmrat, Əl-Əreym və Əl-Xaruf yaşayış məntəqələrini atəşə tutublar”.