Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində general Əli Nağıyevdən boşalan rəis müavini vəzifəsinə yeni təyinat olub.
Bakupost.az-ın məlumatına görə, bu vəzifəyə eyni idarədə əməliyyat təminatı şöbəsinin rəisi işləyən Rəsulov Fuad Mirmehti oğlu təyin edilib.
Qeyd edək ki, Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin edilib.