Siyasət

Prezidentin Müdafiə Sənayesi naziri təyin etdiyi Mədət Quliyevin — DOSYESİ

Prezident İlham Əliyevin sərəncamı ilə Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib.
“Ölkə.Az” xəbər verir ki, Prezidentin digər sərəncamı ilə Mədət Quliyev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilib.
Mədət Quliyev  azərbaycanlı siyasətçi, general-polkovnik, polis general-mayoruvə ədliyyə general-leytenantı, Azərbaycanın 1-ci Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın milli təhlükəsizlik nazirinin birinci müavini və səlahiyyətlərinin icraçısı, Azərbaycanın ədliyyə nazirinin müavini, Azərbaycanın Penitensiar Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanıdır.
Mədət Quliyev 1958-ci il sentyabrın 27-də Gəncə şəhərində mühəndis Qəzənfər və müəllimə Zambaq Quliyevlərin ailəsində anadan olub. Mədət Quliyevin babası Stalin repressiyaları zamanı qətlə yetirilib. 1965-ci ildə Gəncə şəhərində 1 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş, 1975-ci ildə Gəncə şəhərində 8 nömrəli tam orta məktəbin onuncu sinfini bitirib.
1975-ci ildən 1980-cı ilə qədər Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alan Mədət Quliyev, 1980-cı ildən 1982-ci ilə qədər Sovet İttifaqı Silahlı Qüvvələrinin Ermənistan və Gürcüstanda yerləşən hərbi bazaların birində həqiqi hərbi xidmətdə olub.
1971-ci ildən idmanla məşğul olan Mədət Quliyev, 1976-1980-cı illərdə sambo üzrə Azərbaycan SSR yığmasının heyətində çıxış edib və bir-sıra yarışlarda uğurlar qazanıb. Karate üzrə III dan qara Kəmərə sahib olan Mədət Quliyev, 1979-cu ildə SSRİ idman ustası normativini yerinə yetirmişdir.
Mədət Quliyev ailəlidir, Leyla Quliyeva ilə olan nigahdan Murad adında bir oğul və Xədicə adında bir qız var.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir