Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə ümumi daxili məhsulun (ÜDM) səviyyəsini rüsvayçılıq adlandırıb.
Lenta.ru xəbər verir ki, dövlət başçısı Ukraynanı bu baxımdan Mali, Anqola kimi ölkələrlə eyni tutub: “Bildiyiniz kimi, indi ölkə ÜDM-i Mali, Salvador, Anqola kimi “qabaqcıl” ölkələrdəki kimidir. Necə deyərlər, “no comments” (şərhə ehtiyac yoxdur – red.)”.
V.Zelenski bildirib ki, Ukraynada rifah halının yüksəldilməsi üçün Avropaya inteqrasiyanı davam etdirmək lazımdır.