Türkiyədə güclü yanğın baş verib.
Milli.az xəbər verir ki, İstanbulda, Büyükçekmece rayonunda tikiş fabriki yanıb. Hadisə nəticəsində 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Valilikdən verilən açıqlamaya görə, yanğın gecə saat 3-də başlayıb.
Qeyd edək ki, ölənlər və xəsarət alanlar başqa ölkənin vətəndaşlarıdırlar.