Dünya

Kreml Gürcüstana uçuş qadağasının ləğvinə dair şərtlərini açıqlayıb

Rusiya hava yollarının Gürcüstana uçuş qadağasının ləğvi ölkədəki vəziyyətin normallaşması ilə mümkün ola bilər. SalamNews xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RBC-yə müsahibəsində deyib.

“Gürcüstanda vəziyyət normallaşmalıdır və vətəndaşlarımızın təhlükəsizliyi üçün heç bir təhdid olmamamlıdır”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin iyulun 8-dən etibarən Rusiyadan Gürcüstana təyyarə səfərlərinin ləğvinə dair fərman imzalayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir