Rusiya və NATO arasında hərbi münaqişə ağlasığmazdır, amma o yenə də mümkündür,
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda NATO-nun Müdafiə kollecinin “Baltikyanı niyə məna kəsb edir. NATO-nun şimal-şərq sərhədinin müdafiəsi” adlı məruzəsində deyilir..
Sənəddə qeyd edilir ki, Baltikyanı regiona daha çox Amerika qoşunlarını göndərmək lazımdır, çünki, məruzə müəllifinin fikrincə, Baltika respublikaları Avropada təhlükəsizlik arxitekturasının dağıdılması üçün Moskvaya bir yol ola bilər.
“Son on ildə Rusiya Avropada təhlükəsizlik arxitekturasını dağıtmaq niyyətini nümayiş etdirdi. NATO və Rusiya arasında hərbi münaqişənin riski aşağıdır, ancaq ona ehtimal kimi baxmamaq olmaz. Riskləri azaltmaq üçün Baltikyanı respublikalarda NATO-nun potensialını bu regiona Amerika qoşunlarının göndərilməsi ilə gücləndirmək lazımdır”, – sənədin müəllifi yazıb.
Daha əvvəl ABŞ Konqresində sovet texnikasından imtina etməyə başlayan Şərqi Avropadan olan NATO üzvlərinə Amerika texnikasının alınması üçün kreditlərin verilməsi təklif edilib. Qanunvericilərin fikrincə, ittifaq üzrə müttəfiqlər Moskvadan asılıdırlar, çünki, onlar Rusiyadan ehtiyat hissələrini almağa məcburdurlar.