ABŞ-ın Havay ştatında təyyarə qəzası baş verib.
Publika.az xəbər verir ki, Oahu adasında “Beechcraft King Air” model iki pərvanəli təyyarə Dillinqham hava limanı yaxınlığında qəzaya uğrayıb.
Nəticədə 9 nəfər ölüb. Qəzadan sonra hava limanına gedən magistral yol ikitərəfli bağlanıb.
Təyyarədəki 7 sərnişin paraşütçü, digər iki nəfər isə pilot olub.
Qəzanın səbəbi, hələ ki, məlum deyil.