İyunun 28-də həyata keçirilməli olan Şarcə-Bakı-Şarcə aviareysi ləğv edilib.
Turizm.finsa.z Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “Air Arabia” aviaşirkətinin yerli vaxtla saat 10:50-də “G9 305” saylı Şarcədən Bakıya uçuşu ləğv olunub.
Həmçinin bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv olunduğundan aviaşirkətin 11:30-da Bakıdan Şarcə istiqamətində “G9 306” saylı reysi də ləğv edilib. Aviareyslər “Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.
Şarcə-Bakı-Şarcə aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.