Badamdarda oğurluğa cəhd edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, iyunun 30-da saat 4 radələrində Səbail rayonunun Badamdar qəsəbəsi ərazisindəki mağazaların birindən oğurluğa cəhd göstərən 2 nəfər həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılaraq 41-ci Polis Bölməsinə təhvil veriliblər.
Onların Bakı şəhər sakinləri F.Əliyev və M.Məmmədli olduqları müəyyən edilib.