Kriminal Manşet

Azərbaycanda bu qədər məhkum cinayət məsuliyyətindən azad olundu

“Azərbaycanda aparılan islahatların əsas məqsədi insanların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin olunmasıdır”.

Sonxeber.az bildirir ki, APA -nın məlumatına görə, bunu Baş Prokurorluğun Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin rəisi Mürvət Həsənov deyib.

Mürvət Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamının icrası ilə bağlı bir sıra qanunlara dəyişiklik edilib. Onun sözlərinə görə, dəyişikliklər 8000-dən artıq məhkuma şamil edilib: “Həmin şəxslərdən 2816-sı cinayət məsuliyyətindən azad olunub, 297 nəfəri azadlıqdan məhrumetmə cəzasından azad edilib. 2884 şəxsin cəzası isə yüngülləşdirilib”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir