Məşhur iş adamı və müğənni Emin Ağalarov, “Crocus Group” restoranının şefi Kirill Berger ilə birgə Bakıda yeni restoran açacaq.
Sonxeber.az bildirir ki, Lent.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, Kirill Berger restoranın açılışı münasibətilə yaxın günlərdə Bakıya gələcəyini qeyd edib.
İş birliyi ilə bağlı jurnalistlərə danışan restoran şefi, Emin Ağalarovla dostluq münasibətinin 2012-ci ildən başladığını bildirib.
” Emin Ağalarovla 2012-ci ildən etibarən birlikdə uğurlu işlər görmüşük. Mən Eminin bir çox restoranın baş aşpazıyam, buna görə də birlikdə işləmək bizim üçün rahatdır. Növbəti bir neçə ay ərzində Bakıda yeni layihəmiz olacaq, Xəzərin sahilində bar açacıyıq.
Bu il keçiriləcək “Jara” festivalında qonaqlara ev sahibliyi edəcəyik. Düşünürəm ki, bu festivalı izləməyə daha çox qonaq gələcək”.
Rusiyadakı restoranlarla Bakıdakının fərqindən danışan aşpaz bildirib ki, menyu fərqlidir “Burda dəniz məhsulları, ət, steyk üstünlük təşkil edir, biz əsasən mövsümi məhsullara üstünlük verəcəyik. Azərbaycanda hava isti olduğundan, menyuya yüngül qəlyanaltılar və salatlar da salmışıq. Özüm evdə hazırlamasam da, Azərbaycanın kabablarını hazırlaya bilirəm. Qırmızı soğan pomidor salatını isə çox sevirəm. Amma içində noxudlu küftə kimi mürəkkəb yeməkləri bacarmıram.