Kriminal Manşet

Hacıqabulda 7 yaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib

Hacıqabulda 7 yaşlı qız uşağı başına daş dəyməsi nəticəsində ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul şəhər sakini, 2012-ci il təvəllüdlü Rəhimova Şəhanə Həsən qızı ötən gün həyətdə həmyaşıdları ilə oynayarkən ona atılan daşlardan biri uşağın başına dəyib. Nəticədə 7 yaşlı qız başından ağır travma alıb. Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən uşağın həyatını xilas etmək mümkün olmayıb. O alıdığı xəsarətlərdən bu gün 08:30 radələrində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir