Erməni qanuni oğru Andranik Harutyunyanın qətlinin videosu yayılıb.
Teleqraf.com xəbər verir ki, onun kriminal avtoritet Andarnik Soqoyanın sifarişi ilə qətlə yetirildiyi bildirilib.
“Zap” ləqəbli Andranik Soqoyan kriminal aləmdə nüfuzu olan şəxslərdən sayılır.
O, ilk dəfə 2007-ci ildə bir erməni iş adamının qətlə yetirilməsi ilə gündəmə gəlmişdi. Müxtəlif ittihamlarla Çexiyada barəsində cinayət işi açılmış Soqoyan 2014-cü ildə İrəvanda həbs edilib, lakin bir il sonra sərbəst buraxılıb.
İlk dəfə deyil ki, Ermənistanda bir qanuni oğru öldürülür. 2009-cu ildə tanınmış qanuni oğru Marzpetuni Petrosyan Goravan kəndində qətlə yetirilmişdi.
[media= https://youtu.be/WmbOnfGixwg]