Birləşmiş Ərəb Əmirliklərinin Baş Naziri, Dubay əmiri Məhəmməd ibn Rəşid əl-Maktum ölkədən qaçan həyat yoldaşı Həyya bint əl-Hüseyni məhkəməyə verib.
“Qafqazinfo”nun “CNN”ə istinadən verdiyi xəbərə görə, işə iyulun 30-31-də Londonda Ali Məhkəmənin ailə şöbəsində baxılacaq.
Agentlik yazır ki, İordaniyanın sabiq kralı Hüseynin qızı, hazırkı kral II Abdullahın ögey bacısı Haya 11 yaşlı qızı və 7 yaşlı oğlu ilə Londonda 107 milyonluq malikanədə yaşayır.
Məşhur beynəlxalq fiqur olan şahzadə Haya İngiltərə kralı Çarlz və onun xanımı Kamilla ilə çox yaxın dostluq əlaqələrinə malikdir. Dubay əmirinin xanımının qaçması xəbərindən sonra Krallıq məhkəmələri prosesin tarixini təsdiqləyərək bildiriblər ki, sonuncu dəfə işə 22 may 2019-cu ildə baxılıb. Növbəti proses isə 30-31 iyul tarixlərinə təyin edilib.
Məlumata görə, Şeyx Əl-Maktumu məhkəmədə Londonun “Styuarts” hüquq firmasının vəkili Helen Uord müdafiə edəcək.
Qeyd edək ki, İordaniyada dünyaya gələn şahzadə Haya İngiltərənin Oksford universitetində siyasət, filosofiya və iqtisadiyyat sahəsində təhsil alıb. O, 2004-cü ildə Əl-Maktumla ailə quraraq onun sayca altıncı arvadı olub.