“AtaBank” ASC-nin növbəti dəfə start verdiyi və müştərilərə çoxlu sayda bank kartı hədiyyə etdiyi “VİZA göstər, VİSA Al” kampaniyası uğurla davam edir.
Anews.az xəbər verir ki, xarici ölkələrə səyahət etmək üçün VİZA əldə etmiş müştərilər, AtaBank-dan pulsuz Visa Classic və ya Visa Gold plastik kartına sahib ola bilərlər. İştirak etmək üçün bankın ən yaxın filial və ya şöbəsinə şəxsiyyət vəsiqəsi və xarici pasportla müraciət etmək və qüvvədə olan vizanı bankın əməkdaşına göstərmək kifayətdir. Müştərinin səyahət edəcəyi ölkədən və vizanın müddətindən asılı olaraq Visa Classic və ya Visa Gold kartı hədiyyə edilir.
Xatırladaq ki, hədiyyə bank kartları müştərilərə yalnız ABŞ dolları və ya AVRO valyutasında açıla bilər. Bu kartlarla həm ölkə daxilində, həm xaricdə rahat və təhlükəsiz şəkildə ödənişlər həyata keçirmək mümkündür.
Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və 31 oktyabr 2019-cu il tarixinədək davam edir.
Visa kartlarından dünyanın 200-dək ölkəsində istifadə etmək mümkündür. Bu kartlardan istifadə edərək müştərilər həm ölkədaxilində, həm də xaricdə POS-terminal vasitəsi ilə və ya online alış-veriş edə, AtaBank-ın AtaNet İnternet və ya Mobil Bankçılıq əlavəsinə daxil olaraq müxtəlif bank əməliyyatlarını həyata keçirə bilərlər.
WhatsApp/Telegram istifadəçiləri 050 9999136 nömrəmizə yazaraq və ya bankın internet səhifəsini https://atabank.com/az/ ziyarət edərək Visa plastik kartları və kampaniya haqqında istənilən məlumatı operativ əldə edə bilərlər.
[media=https://youtu.be/m7gYzQbO5UY]