Bakı-Ağstafa sürət qatarı ləğv ediləcək.
Oxu.Az-ın məlumatına görə, sürət qatarı iyulun 15-də ləğv olunacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-dən saytımıza bildirilib ki, Bakı-Ağstafa sürət qatarının ləğv edilməsi hərəkət qrafikinin optimallaşdırılması ilə bağlıdır:
“Orada dörd-altı vaqon var idi, indi isə ləğv edilib. Sərnişinlər bundan sonra qərb istiqamətinə yalnız Bakı-Böyük Kəsik sərnişin qatarı ilə hərəkət edə bilərlər”.
QSC-dən qeyd edilib ki, Bakı-Böyük Kəsik sərnişin qatarının hərəkət saatı da dəyişdirilir:
“Artıq həmin qatar Bakı-Ağstafa sürət qatarı yola çıxan saatda hərəkət edəcək”.