Ötən il “Facebook” hesabını bağlayan “Apple” şirkətinin təsisçilərindən Stiv Voznyak həyəcan təbili çalıb.
S.Voznyak sosial şəbəkə istifadəçilərinin də eyni addımı atmalı olduğunu bildirib.
O, bunu “Facebook”un istifadəçilərin təhlükəsizliyini qorumaması ilə əlaqələndirib: “Kim bilir, bəlkə də telefonum hazırda da dinlənilir. Onlar sizi bir çox qurğuların sayəsində dinləyə bilir, ürək döyüntünüzə belə qulaq asa bilirlər”.
News24.az