Yük maşını ilə toqquşan “Mercedes Vito” markalı mikroavtobusun sürücüsü Elvin Zeynalov yol boyu maşını hədsiz yüksək sürətlə idarə edirmiş. Hətta yolda bununla bağlı ailə üzvləri ilə belə mübahisə edib.
Mənbə deyir ki, Astara-Bakı yolundakı “Hacıoğlular” restoranında çay fasiləsinə dayanan E.Zeynalovun ailə üzvləri onun maşını tərk edib və arxadan gələn atasının idarə etdiyi mikroavtobusa keçiblər. Buna səbəb isə E.Zeynalovun maşını yüksək sürətlə idarə etməsi olub. Ağır qəzanı törədən sürücünün ailə üzvləri onun maşını çox sürətlə idarə etdiyi barədə atasına şikayət ediblər və onunla getmək istəmədiklərini bildirib, atanın maşınına əyləşiblər.
E.Zeynalovun dayandığı restoranda onlarla bərabər çay içən digər sürücülər də onun maşınından düşüb atasının maşınına keçən ailə üzvlərinin yüksək sürətdən şikayətdən etdiklərini eşitdiklərini bildirib. (Bakupost.az)