Sosial şəbəkələrdə üzərindəki şurupla birgə bişən bulkanın görüntüləri yayılıb.
Həmin un məmulatının Bakıdakı “Neptun” supermarketindən alındığı bildirilib.
Üzərindəki çekdən aydın olur ki, bulka iyulun 8-də alınıb və qiyməti 60 qəpik civarındadır.
“Neptun”dan bildirilib ki, supermarketdə satılan bütün məhsullar vitrinə qoyulana kimi bir neçə nəzarətçi tərəfindən yoxlanılır, daha sonra satışa verilir: “Görüntülərdəki real bir şey deyil. Hər hansı bir anti-reklam olaraq təxribat da ola bilər. Bundan başqa, həmin məhsulun adı açma kaşarlı deyil. Burada ziddiyyətli məsələlər çoxdur”, – supermarketdən bildirilib. (report)