Meksikanın Maliyyə naziri istefa verdi
Meksikanın Maliyyə naziri Karlos Urzua (Carlos Urzua), “Twitter”-dən verdiyi açıqlamda, iqtisadi siyasətlərdə bəzi uyğunsuzluqlara işarə edərək istefa verdiyini bildirib.
Anews.az xəbər verir ki, Urzua, AMLO hökuməti tərəfindən bəzi dövlət siyasəti qərarlarının kifayət qədər əsas olmadan qəbul edildiyini bildirib.
Maliyyə nazirinin istefasının ardından Meksika Pesosu Dollar qarşısında 2%-dən çox ucuzlaşıb.(marja)