Dünya

Ursula fon der Leyenin Aİ Komissiyasının prezidenti vəzifəsinə namizədliyinə baxılacaq

Ursula fon der Leyenin Avropa İttifaqı (Aİ) Komissiyasının prezidenti vəzifəsinə namizədliyi ilə bağlı iyulun 16-da Strasburqda səsvermə keçiriləcək.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Aİ Parlamentindən bildirilib.

Namizədliyinin təsdiqlənəcəyi təqdirdə Ursula fon der Leyen dərhal 2019-2024-cü illər üçün Avropa Komissiyasının tərkibini formalaşdırmağa başlamalıdır.

Avropa İttifaqına üzv 28 ölkədən hər biri Aİ Komissiyasının prezidenti vəzifəsinə bir nəfər namizəd irəli sürməlidir. Avropa Komissiyasının tam tərkibi Avropa Parlamenti tərəfindən payızın əvvəlində təsdiq olunmalıdır və noyabrın 1-də fəaliyyətə başlamalıdır.

Qeyd edək ki, Ursula fon der Leyen Almaniyanın müdafiə naziri vəzifəsini icra edib. Onun namizədliyi bu günlərdə baş tutan Avropa İttifaqı sammitində irəli sürülüb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir