Silahlılar Suriyanın Latakiya, Hələb əyalətlərinin yaşayış məntəqələrini və Hama şəhərini atəşə tutublar.
Zirveyolu.info Trend-ə istinadən xəbər verir ki, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib.
A.Bakin qeyd edib: “Sutka ərzində silahlılar Latakiya əyalətinin Safsafa, Hələb əyalətinin Məkaniyə-Əd-Dubari yaşayış məntəqəsini və Hama şəhərini atəşə tutublar”.