Manşet

Günün qoroskopu: Gərəkli çevrələrdə lazımi əlaqələri bərpa edin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç – günün ilk yarısı xoş emosiyalar vəd edir. Yeni işgüzar layihəyə başlamaq niyyətiniz varsa, tərəfdaş və şəriklərin sayını artırın. Faydalı əlaqələri intensivləşdirin. Yeni tanışlardan birinin məsləhətindən yararlanın.
Günün ikinci yarısında alış-verişdə bədxərclik etməyin. Büdcənizə uyğun davranın. Faydalı və qeyri-adi nəsnəyə yiyələnə bilərsiniz. Yaşam təcrübənizi, biliklərinizi artırın.
Axşam saatlarını ailə üzvlərinə həsr edin.

Buğa – ciddi iş planlaşdırmayın: bu gün işdəki vəzifələrinizi unudub yeni təəssürat dalınca düşməyə meyllisiniz. Məntiqlə sağlam düşüncə sizin hətta ötəri həvəslərinizə davam gətirmir. Ciddi xərclər mümkündür.
Vədlərinizi unudaraq sizə güvənən insanı pis vəziyyətdə qoya bilərsiniz. Bu səbəbdən ətrafdakılarla münasibətlərdə ciddi problemlər yarana bilər, mübahisə və münaqişələr mümkündür. Axşama doğru səhhətiniz pisləşə bilər. Yuxusuzluqdan əziyyət çəkə bilərsiniz.

Əkizlər – yeni gün uğur vəd edir. Kommersiya və biznes işlərində ciddi irəliləyiş istəyirsinizsə, hər deyilənə qulaq asmayın. Sərvaxt, huşyar olun. Faydalı əlaqələrin sayını artırın. Yeni dostlar işlərinizdə yardımçı ola bilər.
Günün ikinci yarısında proseslərin fəal iştirakçısı olmayın. Donuq müşahidəçiyə dönməyin. Zahiri görünüşünüzə fikir verin. Maraqlandığınız şəxsin dediklərinə qulaq asın.
Axşam saatlarında normal istirahət etməyə çalışın.

Xərçəng – tapşırıqları və sifarişləri vaxtında yerinə yetirin. Kollektiv fəaliyyətdə mümkün qədər irəliləməyə can atın. Bilik və bacarıqlarınızı nümayiş etdirin.
Günün ikinci yarısında yeni tanışlıq istisna deyil. Əlaqələrlə təmaslardan bəhrələnin. Dostlarınızla həmfikirlərin məsləhətlərini qulaqardına vurmayın. Sayıq, ehtiyatlı olun.
Çətinliyə düşmüş tanışa yardıma tələsin.

Şir – cazibədarlığınız sayəsində çox şeyə nail olursunuz. Ətrafınızdakılar sizinlə işləməyə həvəslənir, bunu gizlətmirlər də. Siz isə kimi seçəcəyinizə qərar vermirsiniz. Həm işgüzar, həm də şəxsi məsələləri həll etmək olar. Çox zaman idarə olunduğunuzu anlamasanız da, düzgün qərarlar verir və düzgün davranırsınız.
Ancaq problemlər də var. Bunlar, əsasən, sizin müəyyən həzzlərə can atmağınız sayəsində yaranır, həvəsiniz güclü və təhlükəli ola bilər.

Qız – günün ilk yarısı yorucu, usandırıcı təsir bağışlaya bilər. Buna rəğmən, situasiyadan məhsuldar şəkildə yararlanın. İmkanlarınızın və potensialınızın reallaşması üçün əlverişli şəraitdir.
Günün ikinci yarısında böyük layihəyə başlamaq olar. Məqsədə doğru hərəkətdə orijinal taktikadan istifadə edin. Peşəkar fəaliyyət müstəvisində istənilən innovasiya xeyirlidir.
Axşam saatlarında normal istirahət edin.

Tərəzi – fantaziyanıza güc versəniz, dolğun, maraqlı və parlaq gün olacaq. Yaradıcı potensialınız yüksəkdir. Demək ki, nə özünüz, nə ətrafınızdakılar darıxmağa imkan tapmayacaqlar. Üstəlik, dostlarınız gözlənilmədən sizə baş çəkə bilərlər. Darıxdığınız insanlarla görüşə bilərsiniz. Ola bilsin ki, bir vaxtlar ürəyinizə hakim kəsilmiş insan da özü barədə xatırlatsın.
Vacib məlumat alırsınız, faktların üstü açılır, bunlara nəzərən düzgün nəticələrə gələcəksiniz. Xoşunuza gəlməyən şeylərdən qaçmayın – bütün sahələrdə reallığın üzünə baxmaq vacib və faydalıdır.

Əqrəb – əvvəlki günlərdən fərqli olaraq daha asudə və sərbəst davrana bilərsiniz. Əhvalınız pis olmayacaq. Problemləri nikbinliklə həll edin. Yaşam və ya fəaliyyət şəraitini dəyişmək olar.
Günün ikinci yarısında risk edin, amma avantüralara qatılmayın. Qərarınızı reallaşdırmağa başlayanda bütün şərtləri nəzərə alın.
Günün ikinci yarısı qəfil, romantik tanışlıq vəd edir. Köhnə dostlardan biri ilə görüşəcəksiniz.

Oxatan – cari problemləri unutmayın, onların həllini təxirə salmayın. Maliyyə məsələlərində və şəxsi münasibətlərdə yarımçıqlıq sindromuna qapılmayın. Vaxtınızı xoş keçirmək istəyiniz fəaliyyətinizə mane olmamalıdır.
Günün ikinci yarısında bilik və bacarıqlarınızdan maksimum istifadə edin. Epatajlı davranış modelini seçməyin. Parlaq imiciniz yeni faydalı əlaqələr yaratmağa imkan verəcək.
Axşam saatlarında dost yardımı və ya məsləhət birmənalı olmayan situasiyanın çözülməsində dadınıza çatacaq.

Oğlaq – danışıqlar vasitəsilə istənilən problemi həll etmək olar. Çalışdığınız kollektivdə effektiv əməkdaşlıq mühitinin yaranmasında iştirak edin. Aldığınız məlumatları yoxlayın. Hər sözə inanmayın.
Günün ikinci yarısında sizi narahat edən suallara cavablar tapa biləcəksiniz. Gərəkli çevrələrdə lazımi əlaqələri bərpa edin. Vədləri unutmayın, onları yerinə yetirin.
Axşam saatları harmonik söhbət və xoş anlar bəxş edəcək.

Dolça – günün ilk yarısı yaxşı başlayacaq. Nikbin olun, kiçik problemlərə və maneələrə izafi fikir verməyin. Diqqətinizi əsas məsələlərə yönəldin.
Günün ikinci yarısı yarımçıq işləri başa vurmaq üçün əlverişlidir. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə sözlərinizə fikir verin. Hisslərinizi aşkar söyləməyin.
Təmkinli davranın.
Axşam saatlarında yeni tanışlıq, münasibətlərin aktivləşməsi istisna deyil.

Balıqlar – ağır zəhmətə, intensiv fəaliyyətə hazır olun. Məişət qayğıları və problemlərin sayının artması əhavalınızın pozulmasına, səhhətinizdə fəsadlar yaranmasına səbəb olmasın.
Ani hissələrə qapılaraq süstlük etməyin.
Günün ikinci yarısında nikbin davranın, yaxın ətrafınızdakı insanların dediklərinə qulaq asın. Önəmli görüş, işgüzar müzakirə, yeni layihənin başlanması üçün əlverişli zamandır.
Axşam saatlarında evə qonaq gələ bilər. Vaxtınızı şən və maraqlı keçirin.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir