Sosial

Evdən çıxmadan işləmək imkanı olacaq – AZƏRBAYCANDA İLK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi “Könüllü DOST” proqramı çərçivəsində Azərbaycanda ilk olacaq daha bir layihəyə imza atır.
Nazirlikdən daxil olmuş məlumatda bildirilir ki, Agentlik tezliklə “Onlayn könüllü” proqramını reallaşdıracaq.

Evdə və yaxud istənilən başqa məkanda olaraq da DOST Agentliyinin könüllüsü kimi fəaliyyət göstərmək mümkün olacaq. Bunun üçün yalnız kompüter, planşet və ya smartfon kifayət edəcək!

Bu proqram həmçinin əlilliyi olan şəxslərin sosial inteqrasiyası baxımından uyğunluq təşkil edir və onların evdən çıxmadan könüllü kimi fəaliyyət göstərmələri üçün yaxşı imkan yaradır.

“Onlayn könüllü”lər təhsil, təlim, tədqiqat, PR, konsaltinq və s. sahələr üzrə verilən tapşırıqları onlayn qaydada yerinə yetirəcəklər.
Namizədlərin qeydiyyatı barədə tezliklə məlumat veriləcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir